Cavad Zərif: `Suriyaya qonşu ölkələr torpaqlarını İŞİD-ə bağlamalıdır` 07 Sentyabr 2015 01:00 Dünya Bu gün Tehranda İspaniyadan olan həmkarı ilə təşkil etdiyi birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif, həmkarı Manuel Garcia-Margallo ilə müxtəlif siyasi və regional məsələləri müzakirə etdiklərini söyləyib. Maide.az xəbər verir ki, danışıqlarında Suriya, İraq, Əfqanıstan və Yəmən məsələlərində fikir mübadiləsi apardıqlarını söyləyən Zərif, İspaniyanın Liviya və Suriya hadisələrində mühüm rol alacağını deyib. Məhəmməd Cavad Zərif Suriya məsələsinin siyasi yolla həll edilə biləcəyini, problemin həll edilməsi üçün hərbi yola əl atmağın doğru olmadığını vurğulayaraq, Suriya prezidenti üçün yalnız bu ölkə xalqının qərar vermək səlahiyyəti olduğunu, son iki-üç ildə Suriya prezidenti üçün şərt qoyanların mövqeyinə görə Suriyadakı müharibənin davam etdiyini deyib. İran xarici işlər naziri Suriyaya qonşu olan bəzi ölkələrin aksiyalarına işarə edərək, səsləndirilən şüarların Suriyaya sülhü geri gətirməyəcəyini, İŞİD-in Suriyaya yönəlik istifadə etdiyi torpaqların terrorçulara qarşı bağlanmasının bu ölkənin məsələsinin həll edilməsinə yardımçı ola biləcəyini vurğulayıb. Teqlər : #Cavad Zərif: `Suriyaya qonşu ölkələr torpaqlarını İŞİDə bağlamalıdır`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraq İŞİD-lə mübarizədə F-16-lardan istifadə etdi BƏƏ-li şəhzadə öldürülüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO