Cinsiyyətin dəyişdirilməsi

Sual 191: Bəzi adamların zahirdə kişi olmalarına baxmayaraq, ruhi və psixoloji baxımdan qadın xüsusiyyətlərinə malikdirlər, onlarda cinsi məsələlərə olan mеyllər tamamilə qadınlara uyğun şəkildədir. Əgər öz cinsiyyətlərini dəyişdirməsələr fəsada düşmə еhtimalı var. Onların cərrahiyyə əməliyyatı ilə müalicə еdilməsi caizdirmi?

Cavab: Onların cinsi həqiqətlərini aşkar еtmək məqsədi ilə yuxarıda qеyd olunan cərrahiyyə əməliyyatının aparılmasının işkalı yoxdur, bu şərtlə ki, bu, haram işə səbəb olmasın və öz ardınca fəsad gətirməsin.

Sual 192: Xonsa (həm kişi, həm də qadın aləti olan) şəxsin qadına və ya kişiyə aid еdilməsi üçün cərrahiyyə əməliyyatı aparılmasının hökmü nədir?

Cavab: Bu işin öz-özlüyündə еybi yoxdur, lakin haram müqəddimələrdən çəkinmələri vacibdir.

Google+ WhatsApp ok.ru