Co Baydenin prezidentliyi rəsmən təsdiqləndi

Co Baydenin prezidentliyi rəsmən təsdiqləndi

Noyabrın 3-də ABŞ-da keçirilən seçkilərdən sonra ayrı-ayrılıqda 50 ştatda və Waşinqtonda toplanan Seçicilər Kollegiyasının səsverməsi ilə Co Baydenin prezidentliyi təsdiqlənib.
 
Maide.Az "Sputnik"ə istinadən verdiyi xəbərə görə, Bayden bu münasibətlə Vaşinqtonda verdiyi açıqlamada "Tarix boyu etdiyimiz kimi yeni bir səhifə açmağın, birləşməyin və yaxşılaşmağın vaxtı gəlib çatdı", deyib.
 
Ona səs verən və verməyən bütün amerikalıların prezidenti olacağına söz verən Bayden bildirib ki, Donald Tramp nə qədər Amerikda domakratiyanı məhv etməyə çalışsa da, buna nail ola bilməyib.
 
Bayden "ABŞ-da siyasətçilər nəzarəti ələ almırlar, xalq onlara bu səlahiyyət verir", – deyə nitqini yekunlaşdırıb.
 
Seçki Kollegiyasının səsvermə nəticələri 2021-ci il yanvarın 6-da ABŞ vitse-prezidenti Mayk Pensin rəhbərliyi ilə keçiriləcək iclasında ikinci dəfə müzakirə olunaraq təsdiqlənəcək.
 

Google+ WhatsApp ok.ru