Co Bayden iranlı nüvə aliminə qarşı terrora münasibət bildirib

Co Bayden iranlı nüvə aliminə qarşı terrora münasibət bildirib

ABŞ prezident seçkilərində qalib gələn demokratların namizədi Co Bayden iranlı nüvə alimi Möhsün Fəxrizadəyə qarşı terrora münasibət bildirib.
 
SalamNews İSNA-a istinadla xəbər verir ki, Co Bayden ötən gün CNN-ə açıqlamasında Donald Trampın İrana qarşı siyasətini, xüsusilə də nüvə sazişindən çıxmasını tənqid edərək, Möhsün Fəxrizadənin terror edilməsinə münasibət bildirib.
 
O qeyd edib ki, bu terrorun gələcək ABŞ hökumətilə İranın münasibətlərinə nə qədər ziyan vuracağını demək onun üçün çətindir.
 
Qeyd edək ki, Co Bayden nüvə sazişinə qayıtmağın tərəfdarı olduğunu bildirib. Lakin o bu sazişə ballistik raketlər proqramı kimi əlavələrin edilməsinin zəruri olduğunu deyib. İran isə bunu qətiyyətlə rədd edir.
 
 
 

Google+ WhatsApp ok.ru