DÇ-2018: Bu gün ¼ final mərhələsinə yekun vurulacaq 07 İyul 2018 01:00 İdman -- İsveç – İngiltərə, Rusiya – Xorvatiya Bu gün futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulacaq. Maide.Az "apasport.az"a istinadən xəbər verir ki, bununla növbəti yarımfinalçılar müəyyənləşəcək. Baş tutacaq iki qarşılaşma eyni zamanda yarımfinalda növbəti cütlüyə aydınlıq gətirəcək. Mundialın sürpriz komandalarından olan İsveç İngiltərə sınağına çıxacaq. Dünya çempionatını qazanmağı qarşısına məqsəd qoyan ingilislər rəqibin sensasiya etməsinə imkan verməməyə çalışacaq. Skandinav komandasının məqsədi isə növbəti sensasiya ilə azarkeşlərini sevindirməkdir. 1/8 finalda İspaniya kimi nəhəng komandanı sıradan çıxaran Rusiya yoluna davam etmək niyyətindədir. Güclü yarımmüdafiə xəttinə malik Xorvatiya isə ev sahiblərini də mübarizədən kənarlaşdırmaqda qərarlıdır. Dünya çempionatı 1/4 final 7 iyul 18:00. İsveç – İngiltərə Baş hakim: Byörn Kuypers (Hollandiya) Samara. “Kosmos Arena” 22:00. Rusiya – Xorvatiya Baş hakim: Sandro Rikki (Braziliya) Soçi. “Fişt” stadionu Teqlər : #DÇ2018: Bu gün ¼ final mərhələsinə yekun vurulacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İslandiya millisinin qapıçısı “Qarabağ”da DÇ-2018: İkinci finalçının adı məlum olacaq