Dəniz quldurları İranın neft tankerinə hücum edib

İran  Dəniz Qoşunlarının 34-cü gəmi qrupu İranın neft tankerini dəniz quldurlarından xilas edib. Bunu İranın Dəniz Qoşunları komandanının müavini kontr-admiral Seyid Mahmud Musəvi deyib.
Maide.az xəbər verir ki,  M.Musəvi bildirib ki, iyun ayının 5-də  Oman dənizinin cənubunda dəniz quldurlarının bir gəmisi İranın neft tankerinə yaxınlaşmağa cəhd edib. İranın 34-cü gəmi qrupunun vaxtında addım atması nəticəsində dəniz quldurları ərazidən uzaqlaşıb. Kontr-admiral Seyid Mahmud Musəvi bildirib ki, İranın təxminən 2600 ticarət gəmisi və tankeri Ordunun Dəniz Qoşunları gəmi qrupları tərəfindən müşayiət olunub və dəniz quldurları ilə 286 birbaşa qarşıdurma halı qeydə alınıb./

Google+ WhatsApp ok.ru