Dəyişmək zəruridir...

Fariz Xammədli

Dəyişmək zəruridir...


Fəlsəfəçilərə görə mövcudat aləminə qədəm qoyan heçbir varlığ heç vaxt yox olmur sadəcə dəyişir. Dəyişgənlik maddi mövcudatın zəruri sifətlərindəndir.
 
Misal üçün: Bir qartalın 30 il artıq yaşamaqdan ötrü göstərdiyi çaba, qartal 70 il yaşaya bilər amma...40 yaşına çatarkən iri və yırtıcı caynağları artıq ovçuluq qabliyətını itirir,uzun və iti dimdiyi əyilir və kütəlir, nəhəng qanadları köhnəlir və sinəsinə yapışır və nəticədə uçmaqdan məyus olur.
 
Belə halda qartal iki yoldan birini seçməlidir: 
Ya ölüm yada ağrılı acılı 150 günlük bir gedişata dözərək daha 30 il yaşamaq...Bu gedişat bir dağın zirvəsinə qonduqdan sonra başlayır. Zirvəyə qonduqdan sonra əgər təslim olub ölmək qərarı alarsa bu çox çətin olmayacaq çünki o artıq özünü qida ilə təmin etməkdən acizdir.Yaşamağa qərar verdiyi təqdirdəsə 5 aydan ibarət ağır yollar keçməlidir. 
 
Qartalın yaşamaq uğrunda apardığı mübarizə ilk öncə kütləşmiş dimdiyini zirvədə möhkəm bir qayaya çırpıb sındırmaqla başlayır. Bu ağrılı hərəkət köhnəlmiş dimdiyin kökdən qopmasına qədər davam etməlidir. İndi təzə dimdiyin güyərməsini gözləməlidir bu proses düşündüyünüz qədər də rahat deyil çünki bu müddət ərzində qoca qartal yemək yeməkdən belə acizdir. 
 
Onun çəkdiyi acılar bununla bitmir indi o təzə və itisini əldə etmək üçün solğun caynaqlarını dimdiyi ilə ətindən qoparmalıdır. İndi o artıq iti dimdik və möhkəm caynaqlara sahibdir ama yenədə şikar etməkdən acizdir. Axı onun qanadları köhnə və solğundur. Qoca qartal uçmaq üçün indi bədənindəki köhnə lələkləri (dimdik və caynağıyla) bir bir yonub təzəsinin cücərməsini gözləməlidir. Bu ağrı acılara tab gətirən iradəli və dözümlü qartallar 5 aydan sonra yeni dünyaya gəlmiş körpələr kimi sağlam və güclü üzvlərə malik olur və 30 il daha yaşamaq iqtidarına yiyələnirlər.
 
Çox vaxtlar agah yaşamaq üçün dəyişərək köhnə və xorafata uyğun olan adət-ənənələrin sınırlarından qurtulmaq lazımdır.Mübarək Ramazan ayı tövbə, dəyişmək və bağışlanmaq üçün ən münasib aydır. Bu ayda insan özünü bağışlada bilməzsə gələn il gələcək Ramazan ayını gözləməlidir, ama gələn il oruc tutmaq üçün fürsət olacaqmı məlum deyil. Ağıl sahibləri ixtiyarındakı fürsətlərdən yararlanan və hazırdakı şansı gələcəyə ərtələməyənlərdir. Bu il Allah taalanın Mərhəmət ayı isti yay günlərinə təsadüf etdi.Bəlkədə kimlərçünsə müəyyən səbəblərdən oruc tutmaq çətindir amma bu çətinliyə tab edənlərin əldə edəcəkləri mükafat bir başa uca Allahın özüdürsə necə?! Axı uca Allah , "Oruc mənimçündür və onun mükafatı özüməm diyə buyurmuşdur"..
 
"Gözlədiyimiz günlər gələcəksə çəkdiyimiz acılar müqəddəsdir".

Google+ WhatsApp ok.ru