`Dahi İmam Xomeyni şəban ayında həmişə şəbaniyyə münacatından bu fraqmenti təkrarlayırdı` 08 May 2016 01:00 Nəsihətlər Bu böyük insanın (İmam Xomeyni) cihadı sırf siyasi, ictimai və ya ideoloji cihad deyildi. Bütün bu cihadlarla yanaşı, onda daxili bir cihad, nəfslə cihad, Allah-taala ilə ardıcıl və qırılmaz rabitəyə, bağlılığa sadiqlik var idi. Bunun özü də öyrədici əhəmiyyət kəsb edir. O demək deyil ki, əgər biz ideoloji, siyasi, elmi və ya hərbi cihad meydanında fəaliyyət göstəririksə, cihadın bu sferasını diqqətdən yayındırmağa haqqımız var. Dahi İmam Xomeyni Allah-taala qarşısında həddən ziyadə təslimkar, daim dua edən, Rəbbinə və Onun övliyalarına təvəssül edən, göz yaşları və yalvarışlarla Allah dərgahına üz tutan bir insan idi. Elə bu mübarək şəban ayında söhbətlərində həmişə şəbaniyyə münacatından olan bu fraqmenti təkrarlayırdı: اِلهی هَب لی کَمالَ الِانقِطاعِ اِلیکَ وَ اَنِر اَبصارَ قُلوبِنا بِضِیاءِ نَظَرِها اِلَیکَ حَتَّی تَخرِقَ اَبصارُ القُلوبِ حُجُبَ النّورِ فَتَصِلَ اِلی مَعدِنِ العَظَمَ OXUNUŞU: İlahi həb li kəmaləl inqitai iləykə və ənir əbsarə qulubina biziyai nəzəriha iləykə hətta təxriqə əbsarul qulubi hucubən-nuri fətəsilə ila mə`dinil əzəməti və təsirə ərvahuna muəlləqətən biizzi qudsik.) TƏRCÜMƏSİ: İlahi mənə Özünə doğru kamil azadlıq əta et və qəlb gözlərimizi Sənə baxış nuru ilə işıqlandır ki, qəlb gözlərimiz nurani pərdələri yarıb, əzəmət mədəninə çatsın və ruhlarımız müqəddəs izzətinə bağlansın! Sübh çağı ağlamaq, dua və minacat etmək, daim Allah-taala ilə rabitədə olmaq – bunlar onun ardıcıl olaraq, həmişə gördüyü işlər idi. Bu böyük insanın ardıcıl cihadının mənəvi dayağını ondakı bu mənəvi hallar təşkil edirdi. Dahi liderimizin Allah yolunda cihadından danışarkən bunu da unutmayaq. İmam Xomeyninin ideoloji sistemi ictimai, siyasi və ideoloji bir məktəbə xas bütün xüsusiyyətləri tam şəkildə ehtiva edir. Əvvəla, müəyyən dünyagörüşünə söykənir və əsaslanır ki, həmin dünyagörüşü də tövhiddən ibarətdir. Onun başdan-başa bütün fəaliyyəti, məntiqi bütün islami məfkurələrin əsas bazasını təşkil edən tövhidə əsaslanır. Bu ideoloji sistemin onu sözün əsl mənasında bir məktəb halına gətirən digər bir xüsusiyyəti günün tələblərinə cavab verməyidir. O, bəşər cəmiyyətlərinin və İran cəmiyyətinin problemli məsələlərinə toxunurdu və auditoriya da bunu hiss edirdi. İmamın ideoloji məktəbində ilk sözü anti-imeprializm və anti-despotizm söyləyirdi. Bunu İran xalqı da, digər müsəlman və hətta qeyri-müsəlman xalqları da hiss edirdi. Məhz elə buna görə də bu dəvət genişləndi. Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei Teqlər : #`Dahi İmam Xomeyni şəban ayında həmişə şəbaniyyə münacatından bu fraqmenti təkrarlayırdı`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Gənclərin rəcəb ayında keçirilən etikaf mərasimlərində iştirakı gözəl bir mənzərədir` Ramazan tövsiyələri: Nəfsin təmizlənməsində təsirli olan amillər
`Əza mərasimləri, göz yaşının axıdılması, Aşura günü baş verən hadisələrin şərh edilməsi – bütün bunlar olduqca lazımlı şeylərdir`