Daşınmaz əmlaka dair texniki sənədlərdən dövlət rüsumu tutulmayacaq

Daşınmaz əmlaka dair texniki sənədlərdən dövlət rüsumu tutulmayacaq

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.
 
Maide.Az xəbər verir ki,  dəyişikliklə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun qüvvəyə minənədək verilmiş daşınmaz əmlak hüquqları üzərində təsdiq edən aktlara malik olan şəxslərin daşınmaz əmlaka dair texniki sənədlərindən dövlət rüsumu tutulmayacaq.
 
Layihə parlamentin oktyabrın 15-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirə olunacaq.
 
Azərbaycanda pay torpaqlarının sənədləşdirilməsinə görə rüsum tutulmayacaq
 
Həmçinin dəyişikliklə 1996-cı ildən aparılan torpaq islahatı dövründə pay torpağı almış, lakin hüquq müəyyənedici sənədlərlə təmin edilməyən vətəndaşların mülkiyyət hüquqlarının təsdiq edilməsi dövlət rüsumundan azad edilir.
 

 

Google+ WhatsApp ok.ru