Düşmən cəbhənin Zəngilan istiqamətində mövqelərimizə hücum etməyə cəhd göstərib - MN 02 Noyabr 2020 10:51 Qarabağ xəbərləri Noyabrın 1-də gün ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib. Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən bu istiqamətdə bir sıra əlverişli yüksəklikləri ələ keçirmək məqsədilə minaatanlardan və müxtəlif iri çaplı silahlardan istifadə etməklə bölmələrimizin mövqelərini atəşə tutub. Düşmənin hücuma keçmək niyyəti bölmələrimiz tərəfindən vaxtında aşkar edilib və həyata keçirilən uğurlu əməliyyat nəticəsində qarşı tərəf ciddi itkilərə məruz qalıb. Döyüş nəticəsində canlı qüvvə sarıdan 30-dək itki verən düşmən, Ermənistan ərazisinə çəkilməyə məcbur edilib. Bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində mövqelərimizə havadan hücum edən düşmənin Su-25 döyüş təyyarəsi də məhv edilib. Teqlər : #Düşmən,#cəbhənin,#Zəngilan,#istiqamətində,#mövqelərimizə,#hücum,#etməyə,#cəhd,#göstərib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru MN cəbhədəki son vəziyyəti açıqlayıb Düşmən Tərtər və Goranboy rayonlarının ərazisini intensiv atəşə tutur
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni