Düşmənin hədələri qarşısında ən güclü iki sipər

Düşmənin hədələri qarşısında ən güclü iki sipər

Dəryadan bir damla

Allah-Taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 173-cü ayəsində düşmənin hədələri qarşısında ən güclü iki sipər haqqında söz açaraq belə buyurur:

 الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُواْ لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَاناً وَقَالُواْ حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُ

Möminlər o kəslərdir ki, xalq onlaraşəksiz, camaat sizə qarşı hazırlaşıb, onlardan qorxun” – dedikdə, onların imanları daha da artdı dedilər: “Allah bizə kifayətdir. O, yaxşı vəkil yardımçıdır.”

Bəzi düşmən təbliğatçıları, xalqın sadəlövh və qorxaq bir hissəsi mücahidlərə təlqin edərək deyirdilər ki, düşmən güclüdür və kimsə onunla üz-üzə gələ bilməz. Onlar mücahidləri döyüşdən çəkindirirdilər. Amma həqiqi müsəlmanlar qorxu-hürkü bilmədən, aram bir qəlb və Allaha təvəkküllə onların cavabını verirdilər.

İmam Sadiq (ə) buyurmuşdur: “Təəccüb edirəm o kəslərə ki, nə üçün Allahın “Allah bizə kifayətdir, O, nə yaxşı vəkil və yardımçıdır.” – buyruğuna pənah aparmayıb qorxurlar!”[1]

Bildirişlər

1. Düşmənin puç təbliğatından çəkinməyin.

2. Cəbhədə sıralarınıza düşmənin nüfuzundan ehtiyat edin.

3. Düşmənin hədələri qarşısında ən güclü sipər Allaha iman və təvəkküldür.

4. Möminlər bəla girdabına düşdükdə, Allaha təvəkküllərini və bağlılıqlarını daha da gücləndirirlər.

5. Həm hərəkət və səy, həm də imanla təvəkkül lazımdır. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 2-ci cild, “Ali-İmran” surəsi 173-cü ayənin təfsiri.)

Maide.az

 



[1] “Mən la yəhzuruhun-fəqih”, c. 4, səh. 392.

 

Google+ WhatsApp ok.ru