DİN: ‘Sərnişindaşıma ilə bağlı tələbləri pozan şəxslər cərimələnəcək’ 17 Sentyabr 2021 13:00 Xəbərlər Pandemiya dövründə vətəndaşlarının sağlamlığı naminə avtomobil nəqliyyatında sərnişindaşımaya nəzarət tədbirləri gücləndirilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O deyib ki, koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarı ila həftə sonları – şənbə va bazar günləri şəhərlərarası-rayonlararası və şəhərdaxili-rayondaxili sərnişindaşıma fəaliyyatinə qadağaların qoyulmasına baxmayaraq, bəzi şəxslər tərəfindən qaydalara əməl edilmir: "Kiçik tutumlu avtobuslarla, eləcə də oturacaqlarının sayı sürücü oturacağından başqa 9-dək olan mikroavtobus tipli taksi minik avtomobilləri ilə şəhərlərarası – rayonlararası qanunsuz sərnişindaşımalarını həyata keçirilməsi halları müşahidə olunur. Müşahidə olunan neqativ hallarla bağlı həftə sonları kiçik tutumlu avtobuslarla, eləcə də oturacaqlarının sayı sürücü oturacağından başqa 9-dək olan mikroavtobus tipli taksi minik avtomobilləri ilə şəhərlərarası – rayonlararası sərnişindaşımalarının qarşısının alınması üçün şəhər və rayon ərazisində yerləşən avtovağzallarda, avtostansiyalarda, habelə kənd və qəsəbələrin giriş-çıxış yerlərində nəzarət-profilaktik tədbirlər çərçivəsində reydlər keçirilə bilər. Bunu nəzərə alaraq, diqqətə çatdırıram ki, "Fərqlənmə nişanı", "Taksi" tanınma nişanları, taksometr və digər məlumat göstəriciləri olmadan, eləcə də pandemiya ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş tibbi tələblərə (fərdi qoruyucu vasitələrdən istifadə edilməsi, sosial məsafənin qorunması məqsədilə sürücü ilə sərnişinin təmasına maneə olan şəffaf arakəsmələrin quraşdırılması və s.) riayət edilmədən sərnişin daşımalarının həyata keçirilməsinin qarşısı alınacaqdır". "Hərəkət iştirakçılarını müəyyən olunan qayda və tələblərə əməl etməyə, koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə intizam nümayiş etdirməyə çağırıram. Bu tələb, hər birimizin sağlamlığı ilə əlaqəlidir. Qeyd olunan tələbləri pozan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunacaqdır", - E.Hacıyev bildirib. Teqlər : #DİN:,#‘Sərnişindaşıma,#ilə,#bağlı,#tələbləri,#pozan,#şəxslər,#cərimələnəcək’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ Səudiyyə Ərəbistanının hərbi helikopterlərinin texniki qulluğu üzrə müqaviləni təsdiqləyib İran Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv qəbul edilib