İŞİD niyə məğlubiyyətə məhkumdur?

Birinci səbəb budur ki, dünya və orta-şərqin ümumi təfəkkürü ən xoş halda belə bu cür terrorçu qruplaşmalarını qəbul etməkdən əlavə onları qanuni belə hesab etmir. Bu halda, bu cür qrupların ömrü uzun olmur.
 
Misal olaraq son zamanlarda bu cür qruplaşmaların məğlubiyyətlərini qeyd etmək olar. İlk məğlubiyyət "Taliban"ın Əfqanıstanda seçkilərlə bağlı olan məğlubiyyətidir. 
 
Növbəti məğlubiyyət təkfirçi qrupların Suriyada olan məğlubiyyətidir. Orada da xalqın 74%-in seçkilərdə iştirakı Bəşər Əsədin 89% səslə qələbəsini qeyd etmək olar. 
 
Onlar növbəti dəfə Misirdə məğlub oldular. Düzdür ki, Misirdə islamçılar da qalib olmadılar, lakin hər halda təkfirçi qruplar da məğlub oldular. Bu məğlubiyyətlər beynəlxalq təşkilatların və ABŞ-ın təkfirçiləri dəstəklədiyi bir dönəmdə baş verməsi məsələnin əhəmiyyətini göstərir.
 
Bu qruplaşmaları məğlubiyyətə məhkum edən ikinci səbəb isə onların pərdə arxasında olan bağlılığı və müstəqil olmamalarıdır. Onlar istəsələr də, istəməsələr də ərəb və qeyri-ərəb rejimlərinin əlaltısına çevriliblər. Həqiqətdə əsas xeyir o pərdə arxasında olanlarındır, İŞİD-ə qalan isə nifrətdən və tələfatdan başqa bir şey deyil. Onları pərdə arxasından meydana sürükləyən qüvvələrin hədəflərinə çatdıqdan sonra onları necə bir kənara atdıqlarını nəzərə alaq. Onlar istəklərinə çatmaq üçün hərc-mərclik yaratmağı vacib bilirlər, elə bu səbəbdən hədəflərinə yetişənədək İŞİD-i qorumaq istəyəcəklər.
 
İŞİD-in məğlub olacağına zəmin yaradan digər amil, bu qrupun lideri Əbu Bəkr Bağdadinin “Əl-Qaidə” lideri Əymən əz-Zəvahiri ilə aralarında olan problemdir. Təcrübə bunu göstərir ki, liderləri ixtilaf içində olan qruplaşmaların aqibəti heç də yaxşı olmur və sonda yəqin ki, bu Bağdadi qrupun bir nömrəli adamı olan əz-Zəvahiriyə tabe olacaq və səhnədən çəkiləcək. Bunu da qeyd etmək yerinə düşər ki, İŞİD-in “Nusra” terror qrupu ilə də ciddi problemi var.
 
Onların məğlubiyyətə məhkum olmalarının sonuncu səbəbi İraq ordusunun gün keçdikcə inkişafı, onların isə tənəzzülüdür. İraq ordusu daima işğal olunmuş məkanları geri almaq, onlar isə əldən verməklə məşğuldurlar. Hətta bunu da qeyd etmək lazımdır ki, onların pərdə arxası olan himayədarları zahirdə onları dəstəkləmir və hətta onların hərəkətlərini qınayırlar. İraqı onlardan təmizləməyin vaxt alması mümkündür, lakin bu qaçılmazdır./İslamazeri

Google+ WhatsApp ok.ru