Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər

Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər

 Dünya Ərzaq Proqramı, Yəmən xalqına humanitar yardım göstərilməsə, 16 milyon insan aclıqdan ölə bilər. 
 
 Maide.az “Russia Today”-ə istinadla xəbər verir ki, Dünya Qida Proqramının rəhbəri David Beasley bu barədə açıqlama verrib. 
 
O, bildirib ki, yeni bir büdcə verilmədiyi təqdirdə milyonlarla insan aclıq çəkəcək. 
 
David Beasley bildirib ki, oktyabr ayında Yəmənə ayrılan ərzaq büdcəsinin vaxtı bitir. 
 
“Büdcə tükənir və oktyabr ayında 1,2 milyon Yəmənliyə ərzaq yardımını dayandırmağa məcbur olacağıq. Bu rəqəm dekabr ayına qədər beş milyona çatacaq ”
 
O, həmçinin dünyanı Yəməndəki təcavüzkarlara müharibəni dayandırmaq üçün təzyiq göstərməyə çağırıb.
 
Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş, mart ayında İsveç və İsveçrənin ev sahibliyi etdiyi virtual konfransda Yəmən üçün 3,85 milyard dollar ayrılmasını təklif etmişdi. Lakin donorlar cəmi 1,7 milyard dollar ayırmışdılar.
 
Xatırladaq ki, təcavüzkar Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin hücumları nəticəsində cari ilin əvvəlindən Yəməndə 1200-dən çox mülki şəxs öldürülüb.  2015-ci ildən Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmənə təcavüzü  nəticəsində milyonlarla insan təhsil, səhiyyə və içməli sudan məhrum olub.
  
 

Google+ WhatsApp ok.ru