Dünyada ən yaxşı şəhərlərin reytinqi açıqlanıb - SİYAHI

Dünyada ən yaxşı şəhərlərin reytinqi açıqlanıb - SİYAHI

Nijni Novqorod həyat səviyyəsinə görə Rusiyanın ən yaxşı şəhəri statusuna malik olub.
 
Maide.Az "FaktXəbər"ə istinadən  bildirir ki, bu barədə ixtisaslaşmış "Numbeo" servisi araşdırma aparıb.
 
Nijni Novqorod siyahıda 109-cu yerdə göstərilib. Reytinqdə yer alan Rusiyanın digər şəhərləri (Moskva və Sankt-Peterburq) daha aşağı pillələrdə qərarlaşıb.
 
Dünya üzrə reytinqə Avstraliyanın paytaxtı Kanberra başçılıq edir. İlk üçlüyə Niderlandın Eyndhoven və Amerikanın Şimali Karolina ştatının Roli şəhəri daxil olub.
 
"Numbeo"nun hazırladığı reytinqdə Azərbaycanın paytaxtı Bakı şəhəri 197-ci, Türkiyənin paytaxtı Ankara şəhəri 149-cu, Gürcüstanın paytaxtı Tiflis şəhəri 172-ci, İranın paytaxtı Tehran şəhəri isə 215-ci yerdə göstərilib.
 

Google+ WhatsApp ok.ru