Dünyada uşaq ölümlərinin 5 əsas SƏBƏBİ

Dünyada uşaq ölümlərinin 5 əsas SƏBƏBİ

Dünyada hər il 5 yaşına qədər 1,7 milyon uşaq ətraf mühitin çirklənməsinə görə dünyasını dəyişir.
 
Çirkli su, yaşayış binalarının daxilində və xaricindəki hava, gigiyena qaydalarına riayət olunmaması və .s bu ölümlərə səbəb olur.
 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilir ki, 1 aydan 5 yaşa qədər uşaqlar arasında ən geniş yayılmış ölüm səbəbləri diarreya, malyariya və pnevmoniyadır. Ehtimal olunur ki, bu riskləri içməli su və yemək hazırlamaq üçün keyfiyyətli yanacaq hesabına təmin etmək mümkündür.
 
ÜST uşaq ölümlərinin əsas 5 səbəbini müəyyən edib:
1.İlk pillədə respirator xəstəliklər durur. Passiv siqaret çəkilməsi və ətraf mühitin çirklənməsi pnevmoniya kimi xəstəliklərin yaranmasına səbəb olur. Bu problemdən hər il 5 yaşına qədər 570 min uşaq ölür.
 
2. Keyfiyyətsiz su, sanitar və gigiena qaydalarına riayət olunmaması uşaqlarda mədə pozulmasına səbəb olur. Bu xəstəlikdən hər il 361 min uşaq vəfat edir.
 
3.Erkən doğuş isə 270 min körpənin vaxtsız ölümü ilə nəticələnir. Bunun qarşısını almaq üçün təmiz su, tibb  məntəqələrində sanitar və gigienik xidmətlərin səviyyəsi artmalıdır.
 
4. Malyariya 0-5 yaş arasında 200 min uşağın ölüm səbəbidir. Xəstəlik daşıyıcısı olan ağcaqanadların məhvi bu xəstəliyin yayılmasının qarşısını ala bilər.
 
5.Bədbəxt hadisələr – yıxılma, zəhərlənmə, boğulma və s. isə hər il 190 mindən artıq ölümə yol açır.
 
Ümumdünya Səhiyyə Təşkilatı   qlobal iqlim dəyişikliyi, havada zərərli maddələrin sayının artması və s. bağlı astma xəstəliyini  yayılma dinamikası da artıb. (modern.az) /

Google+ WhatsApp ok.ru