Dünyada Vəhdət həftəsi mərasimləri: Nigeriya, Kaduna, Yola, Sokota - FOTO 31 Oktyabr 2020 08:40 Dünya Əziz Peyğəmbərimizin (s) mübarək mövludu münasibətilə dünyanın hər yerində "Vəhdət həftəsi" adıyla müsəlmanlar müxtəlif bayram tədbirləri vә mərasimlər keçirirlәr. Maide.Az xəbər verir ki, Nigeriyanın Kaduna, Yola, Sokota, Koqi kimi, bir çox şəhərində minlərlə insanın iştirakı ilə “Vzəhdət həftəsi” münasibətilə mövlud yürüşləri keçirib. Yürüş iştirakçıları “Səninləyik ya Rəsulallah” şüarı ilə yanaşı, Şeyx İbrahim Zəkzəki və qanunsuz olaraq həbs edilən bütün İMN fəallarının dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər. Bundan başqa, Vəhdət həftəsi yürüşlərində Fransa rəhbərliyinin İslama və əziz Peyğəmbərimizə (s) qarşı təhqirləri qınanılıb və bu ölkənin bayrağı ayaqlar altına salınıb. Vəhdət həftəsində əziz Rəsulallahın (s) mövlud mərasimi üçün küçələr bayraqlalar, şarlar və rəngli işıqlarla bəzədilib. Qeyd edək ki, bu gün Rəbiül-əvvəl ayının 12-dir (Oktyabr ayının 29-u). Bu gündən etibarən “Vəhdət həftəsi” başlanır və bütün müsəlmanları öz ətrafında birləşdirən bu həftə mövlud həftəsi kimi qeyd edilir. Elə bu münasibətlə bütün İslam ümmətini təbrik edirik. İslam Peyğəmbərinin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-i, şiələr isə 17-i qeyd edirlər. Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət və birliyi naminə 1981-ci ildən etibarən İslam İnqilabının rəhbəri mərhum imam Xomeyninin (rə) təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə, “Vəhdət həftəsi” elan edilmişdir. Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır. Teqlər : #Dünyada,#Vəhdət,#həftəsi,#mərasimləri:,#Nigeriya,#Kaduna,#Yola,#Sokota,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İzmirdə zəlzələ nəticəsində 24 nəfər ölüb, 804 nəfər yaralanıb ABŞ-ın rəhbərlik etdiyi koalisiya əməliyyatlarda 1400-dən çox dinc sakini öldürüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO