Dünya ölkələrində ən uzun və ən qısa oruc saatları

Dünya ölkələrində ən uzun və ən qısa oruc saatları

Bildiyiniz kimi gələn həftədən mübarək Ramazan ayı başlayır və müsəlmanlar bu ayda yaşadığı ölkədən asılı olaraq 10 saatdan 21 saatadək oruc tutacaqlar.
 
Hər il mübarək Ramazan ayı öncəki ildən 10-12 gün daha tez başlayır. Bu da Hicri-Qəmri aylarının 29 və ya 30 gün olması səbəbi ilədir. Buna görə də Ramazan ayı bir də 33 il sonra, yəni 2054-cü ildə Aprel ayına təsadüf edəcəkdir.
 
İnsanların gün ərzində oruc tutacağı saatlar isə yaşadığı ölkədə Günəşin çıxması və batmasından asılı olaraq 10 saatdan 21 saatadək dəyişəcək.
 
Hər bir ölkədə günün saatları fərqlidir. Yer kürəsinin ən uzaq cənubunda yaşayanlar (Şili, Yeni Zelandiya) ortalama gün ərzində 11 saat, amma yer kürəsinin ən uzaq şimalında (İslandiya və Norveç) yaşayanlar isə 18 saatdan çox oruc tutacaqlar.
 
Dünyanın Şimali yarımkürəsində yaşayanlar üçün isə bu il oruc saatları nisbətən az olacaq və orucluq qış aylarına yaxınlaşdıqca oruc saatları daha da azalacaq. Bu, 2032-ci ilədək, yəni Ramazan ayı Qışın fəslinin ən uzun gecələrinə təsadüf edəcək günlərədək, davam edəcək və daha sonra Payız və Yay aylarına doğru irəliləyərək yenidən çoxalmaya doğru gedəcək.
 
Ekvator xəttinin cənubunda yaşayanlar üçün isə bunun əksi baş verəcək.
Aşağıda dünyanın bəzi ölkələrinin şəhərlərinin 2021-ci il üçün orucluq saatları göstərilib:
 
 Nowk, Qrenlandiya: 19-20 saat;
 
Reykjavik, İslandiya: 19-20 saat;
 
Helsinki, Finlandiya: 18-19 saat;
 
Stokholm, İsveç: 17-18 saat;
 
Qlazqo, Şotlandiya: 17-18 saat;
 
Oslo, Norveç: 17-18 saat;
 
Kopenhagen, Danimarka: 17-18 saat;
 
Moskva, Rusiya: 17-18 saat;
 
Berlin, Almaniya: 16-17 saat;
 
Amsterdam, Hollandiya: 16-17 saat;
 
Varşava, Polşa: 16-17 saat;
 
London, İngiltərə: 16-17 saat;
 
Paris, Fransa: 16-17 saat;
 
Nur Sultan, Qazaxıstan: 16-17 saat;
 
Brüssel, Belçika: 16-17 saat;
 
Ottawa, Kanada: 15-16 saat;
 
Sofiya, Bolqarıstan: 15-16 saat;
 
Roma, İtaliya: 15-16 saat;
 
Madrid, İspaniya: 15-16 saat;
 
Pekin, Çin: 15-16 saat;
 
Washington, DC, ABŞ: 15-16 saat;
 
Pxenyan, Şimali Koreya: 15-16 saat;
 
Ankara, Türkiyə: 15-16 saat;
 
Rabat, Fas: 14-15 saat;
 
Tokyo, Yaponiya: 14-15 saat;
 
İslamabad, Pakistan: 14-15 saat;
 
Tehran, İran: 14-15 saat;
 
Bakı, Azərbaycan : 14-15 saat, 
 
Bağdad, İraq: 14-15 saat;
 
Beyrut, Livan: 14-15 saat;
 
Dəməşq, Suriya: 14-15 saat;
 
Misir Qahirə: 14-15 saat;
 
Qüds, Fələstin: 14-15 saat;
 
Küveyt: 14-15 saat;
 
Qəzza, Fələstin: 14-15 saat;
 
Delhi, Hindistan: 14-15 saat;
 
Hong Kong: 14-15 saat;
 
Dakka, Banqladeş: 14-15 saat;
 
Maskat, Oman: 14-15 saat;
 
Kabil, Əfqanıstan: 14-15 saat;
 
Riyad, Səudiyyə Ərəbistanı: 14-15 saat;
 
Doha, Qətər: 14-15 saat;
 
Dubay, BƏƏ: 14-15 saat;
 
Ədən, Yəmən: 13-14 saat;
 
Addis Ababa, Efiopiya: 13-14 saat;
 
Johannesburg, Cənubi Afrika:  11-12 saat ;
 
Buenos Ayres, Argentina: 11-12 saat;
 
Paraqvay: 11-12 saat;
 
Cape Town, Cənubi Afrika: 11-12;
 
Montevideo, Uruqvay: 11-12 saat;
 
Kanberra, Avstraliya: saat 11-12;
 
Porto Monte, Çili: 11-12;
 
Christchurch, Yeni Zelandiya: saat 11-12. / İqna/ 

 

Google+ WhatsApp ok.ru