Dünya Müsəlman Alimlər Birliyi: Bəzi kəmağıllar virusdan daha təhlükəlidir

Dünya Müsəlman Alimlər Birliyi: Bəzi kəmağıllar virusdan daha təhlükəlidir

 Dünya Müsəlman Alimlər Birliyi baş katibi Əli Muhyiddin əl-Qaradaği Danimarka İslam Mərkəzinə məxsus məscidinin də yerləşdiyi binada baş verən yanğını terror aktı kimi qiymətləndirərək, "kəmağıllar virusdan daha təhlükəlidir", - deyə bildirib.
 
Maide.Az xəbər verir ki, Qaradaği, 7 may gecəsi Danimarkanın paytaxtı Kopenhagendəki İslam Mərkəzinə məxsus məscidinin də yerləşdiyi 4 mərtəbəli binada baş verən yanğına münasibətini sosial şəbəkə hesabından açıqlayıb. O, İslam Mərkəzinə qarşı irqçi terror təcavüzünün, dünyanın sükutunun ortasında sanki bir dağıntıya çevrildiyinə diqqəti çəkib. Qaradaği bildirib ki, yanğın qərəzli şəkildə törədilib.
 
Yanğın nəticəsində bağlı olan məscid istifadə edilməyəcək vəziyyətə düşüb. Danimarka rəsmiləri hadisəyə səssiz qalıblar.

Google+ WhatsApp ok.ru