Dünyanı dəhşətə gətirəcək rus tankı ilk dəfə görüntüləndi 24 Mart 2015 02:00 Xəbərlər Rusiyanın yeni hərbi texnikasının görüntüsü yayılıb. Rusiyanın yeni istehsal etdiyi "Armata T-14" tankı Moskva ətrafında dəmiryolu platformasında görüntülənib. Qeyd edilir ki, "Armata T-14" tankı bu il 9 mayda keçiriləcək paradda nümayiş etdiriləcək. "Armata Т-14" 125 millimetrlik, hamarlüləli 2А82-1М topla, 30 millimetrlik avtomat topla və təsdiq olunmamış məlumatlara görə, tanka tərəf uçan döyüş sursatlarını məhv edə bilən 12,5 millimetrlik pulemyotla təchiz olunub. Bu tankın ekipajı döyüş təzyiqlərindən izolə olunmuş zirehli kapsulun içində olur. Bu, onların tankın partladılması zamanı sağ qalma ehtimalını əsaslı şəkildə artırır. Tankın fərqləndirici xüsusiyyətlərindən biri də yüksək şəkildə avtomatlaşdırılması və kompüterləşdirilməsidir. “Armata” platformasının konstruksiyası, onun əsasında hətta robotlaşdırılmış olmaqla, bir çox müxtəlif hərbi maşınların yaradılmasını mümkün edir. Rusiya Müdafiə Nazirliyinin Т-14 tankından 2300 ədəd sifariş edəcəyi gözlənilir. axar/ Teqlər : #Dünyanı dəhşətə gətirəcək rus tankı ilk dəfə görüntüləndi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sərnişin avtobusuna hücum: 13 ölü, 2 yaralı 11 tonluq aş bişirilib nəzir kimi 15 min nəfərə paylanıldı