Dünyanın ən iri xətli Quranı nəşr edildi

Dünyanın ən iri xətli Quranı nəşr edildi

Dünyanın ən iri xətli Quran nüsxəsi İran İslam Respublikasının “Avaye Reha” nəşriyyatı tərəfindən səkkiz ildən sonra nəfis formada çap və nəşr edilib.
 
Maide.Az İQNA -a istinadla xəbər verir ki, “Avaye Reha” nəşriyyatının direktoru Meysəm Həsarəki bildirib ki, bu Quran nüsxəsi dünyanın ən iri xətli Quranıdır.
 
İndiyədək dünyada bu xüsusiyyətə malik Quran nəşr və çap edilməyib.
 
O əlavə edib ki, bu nüsxənin xəttatı Ustad Müstəfa Əşrəfi Təbrizidir.
 
1232 səhifədən ibarət olan Quranın haşiyəsini Ustad Ağa Miri 11 rənglə bəzəyib. Ayələrin altında Ustad Əbulfəzl Bəhrampur Zəncaninin farsca rəvan tərcüməsi yerləşdirilib. Nüsxənin ilk və son 16 səhifəsi ətirli və üz qabığı dəridir.
 
“Avaye Reha” nəşriyyatının direktoru Meysəm Həsarəki vurğulayıb ki, bu Quranın xəttatlığı beş ilə tamamlandı. Bundan sonra Darul-Quran Təşkilatına çap və nəşr üçün müraciət edildi. Bu təşkilatın Quranı araşdırıb nəşriyyata təhvil verməsi iki il zaman aldı. Və nəhayət səkkiz ildən sonra dünyanın ən iri xətli Quranı 5 min tirajla çap və nəşr edildi.
 
 Hər nüsxənin qiyməti 250 min (təqribən 40 manat) tüməndir.       
 

Google+ WhatsApp ok.ru