Dünya və oyun-oyuncaq

Dünya və oyun-oyuncaq

Dəryadan bir damla

 

Allah-Taala Qurani-Kərimin “Ənam” surəsinin 32-ci ayəsində buyurur:

وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلاَّ لَعِبٌ وَلَهْوٌ وَلَلدَّارُ الآخِرَةُ خَيْرٌ لِّلَّذِينَ يَتَّقُونَ أَفَلاَ تَعْقِلُونَ

Dünya həyatı oyun-oyuncaqdan başqa bir şey deyil. Təqva yolunu tutanlar üçün isə, əlbəttə ki, axirət evi üstündür. Yoxsa düşünmürsünüz?”

Əgər dünya həyatı axirət üçün əkinəcək olmasa oyuncaq olar. Uşaqlar oyuncaqla başlarını qatdıqları kimi, xalq da dünya malına aludə olub ömrünü əldən verər. Məsələn, teatr səhnəsində biri şah, digəri vəzir, o biri isə nökər libası geyir. Bir saatdan sonra isə hamı libasını soyunur və əvvəlki halına qayıdır. Açıq-aşkar görünür ki, bu bir saat ərzindəki məqamlar xəyali bir məqam imiş.

Axirətin dünyadan üstünlük nişanələri sırasında ondakı ləzzətlərin əziyyətlə birgə olmaması və davamlılığıdır.

“Ləib” dedikdə yanlış məqsədli iş başa düşülür. “Ləhv” isə insanı mühüm işlərdən ayıran işdir.[1]

Dünya bir neçə baxımdan oyun-oyuncağa oxşayır: dünyanın da ömrü oyunun ömrü kimi qısadır; dünya da oyun kimi yorucudur və acı-şirinliyi var; məqsədsiz qafillər oyunu özlərinə peşə seçirlər; dünyapərəstlik də oyun kimi insanı mühüm məqsədlərdən ayırır.

Bildirişlər

1. Dünyapərəstlik uşaqyana və puç fikirdir. (Oyun-oyuncaq, adətən, uşaq işi olur və dünyaya baş qatmaq insanı axirətdən ayırır.)

2. Axirət təhlükəsindən qurtuluş yolu düşüncədir.

3. Düşüncəli insan dünyaya aldanmır.

4. Düşüncəsizlik insanı dünyaya qul edir və axirətdən qəflətdə saxlayır.

5. Axirətdən xəbərsizlik məzəmmətə səbəb olur.

6. Düşüncə və təqva bir-biri üçün şərtdir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, c.3, “Maidə” surəsi, 54-cü ayənin təfsiri.)

Maide.az

 



[1] “Mufrədate-Rağib”.

 

Google+ WhatsApp ok.ru