İŞİD silahlıları İraqda 200 dinc sakini girov götürüb

İŞİD terror qruplaşmasının silahlıları İraqın Kərkük vilayətində 200 dinc sakini girov götürüb.
 
Maide.az-ın verdiyi məlumata görə, hadisə əz-Zab rayonunda baş verib.
 
Girov götürülənlər İraq təhlükəsizlik qüvvələri ilə əməkdaşlıqda təqsirli bilinirlər.
 
Qeyd edək ki, bir müddət əvvəl İraqın hökumət qüvvələri yerli özünümüdafiə birləşmələri ilə birgə İŞİD-in Kərkükdəki mövqelərinə hücum edərək 50-dək yaşayış məntəqəsini terrorçulardan təmizləyib. 

Google+ WhatsApp ok.ru