İŞİD terror qruplaşması FİFA-nı hədələyib

İŞİD terror qruplaşması bəyanat yayımlayıb. Maide.az-ın məlumatına görə, bəyanatda futbol üzrə dünya çempionatının Qətərdə keçirilməsinin qarşısının alınacağı bildirilib və  xəbərdarlıq edilib ki, bu yarışlar Qətərdə keçirilərsə “İslam Xilafət Dövlətinin” torpaqlarında fəsad və günahın olmasının qarşısını almaq üçün kamikadze əməliyyatları həyata keçiriləcək. Bu barədə Qahirənin “Əl-Vətən” qəzeti məlumat yayıb. 
 
İŞİD terror qruplaşmasının başçılarından biri  FİFA rəhbərliyinə deyib: “Biz bundan öncədə Qətərdə  futbol üzrə dünya çempionatının keçirilməsi haqda öz mövqeyimizi elan etmişdik. Adı Qətər olan ölkədə heç bir dünya kuboku yarışları təşkil olunmayacaq. Ona görə ki, Qətər İslami bir əmirlikdir və müsəlmanların əmirinin xəlifəliyinin nəzarəti altındadır. Əmir müsəlmanların torpağında fəsad və təxribatların olmasına icazə vermir.”
 
Qeyd edək ki, 2022-ci ildə  futbol üzrə dünya çempionatının Qətərdə keçirilməsi nəzərdə tutulub.

Google+ WhatsApp ok.ru