Duz arıqlamağa kömək etmir? – Yeni ARAŞDIRMA 23 Yanvar 2020 12:16 Sağlamlıq Amerikalı alimlərin apardığı araşdırma, yüksək qan təzyiqi olan insanların duz qəbulunu məhdudlaşdırmaq məcburiyyətində olduğunu təsdiqləyir, lakin duzun arıqlamağa səbəb olduğu fikrini təkzib edib. Maide.Az "RİA novosti" ə istinadla xəbər verir ki, nəticələr “Hypertension” jurnalında dərc olunub. Duzlu qidalar daha çox maye qəbuluna səbəb olan susuzluğu stimullaşdırdığı üçün, ənənəvi olaraq hesab olunur ki, hipertoniyadan əziyyət çəkən insanlar duz qəbulunu məhdudlaşdırmalıdır. Lakin, son zamanlar belə bir fikir formaılaşıb ki, duzun tərkibinə daxil olan natrium elementi zərərli deyil, əksinə faydalıdır, belə ki, o çəki azaltmağa kömək edir. Müəyyən olunub ki, yüksək təzyiq və ya hipertoniyadan əziyyət çəkən yetkinlərdə natrium qəbulunun azaldılması susuzluğu, gündəlik sidik həcmini (maye qəbulunun bir markeri) və qan təzyiqini azaldır, lakin bədən çəkisini sabit saxlamaq üçün metabolik enerjiyə olan ehtiyacına təsir etmir, yəni çəki itkisinə səbəb olmur. Beləliklə, natrium qəbulunun məhdudlaşdırılmasının hipertoniyanın müalicəsi üçün əhəmiyyəti olması barədə ənənəvi fikri təsdiqləyən nəticələr, natriumun kilo itkisi üçün istifadəsi barədə rəyi təkzib edir. Teqlər : #Duz,#arıqlamağa,#kömək,#etmir?,#–,#Yeni,#ARAŞDIRMA, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Beyin işini yaxşılaşdırmağın sadə yolu açıqlanıb Süd məhsullarının istehlak qaydaları
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir