Dövlət çevrilişi üçün Venesuelaya soxulanların sayı 23-ə yüksəldi

Dövlət çevrilişi üçün Venesuelaya soxulanların sayı 23-ə yüksəldi

ABŞ əsgərinin etirafı

 
Mətbuat konfransında Venesuela Rabitə, Turizm və Mədəniyyət nazirinin müavini Xorxe Rodriqes ölkəyə soxulmağa çalışarkən həbs edilənlərin əməliyyatı təkbaşına həyata keçirmədiyini, əksinə, müxalifət lideri Xuan Quaidonun başçılıq etdiyi sağçıların dəstəklədiyini bildirib.
 
Maide.Az xəbər verir ki, Rodriqes keçmiş ABŞ əsgəri Erin Barrinin dindirilmə zamanı çəkilən videonu nümayiş etdirib.
 
Dindirmə zamanı məqsədini soruşduqda, Barri, "müəyyən vəzifələri yerinə yetirmək və Maduronu öldürməyi düşünürdüm", - deyə bildirib.
 
Rodriqes tərəfindən göstərilən başqa bir dindirmə videosunda Barri "Hədəfimiz, Hərbi Əks Kəşfiyyat Mərkəzi, Bolivar Milli Kəşfiyyat Xidməti, Miraflores (Prezident Sarayı) və hava limanına nəzarət qülləsi idi" deyə qeyd edir.
 
Rodriqes bildirib ki, saxlanılanların sayı 23 nəfərdir.

Google+ WhatsApp ok.ru