Döyüşlər artıq Qubadlı-Zəngilan istiqamətində gedir

Döyüşlər artıq Qubadlı-Zəngilan istiqamətində gedir

Azərbaycan Müdafiə Nazirliyi bu gün cəbhənin müxtəlif istiqamələrində döyüşlərin getdiyinə dair rəsmi məlumat yayıb.
 
 
Maide.az xəbər verir ki, rəsmi məlumatda diqqətçəkən məqamlardan biri cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətləri ilə yanaşı, Qubadlı-Zəngilan istiqamətlərində savaş getdiyinin qeyd olunmasıdır.
 
"Oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub."
 
 
 Xatırladaq ki, bu günə kimi Müdafiə Nazirliyinin rəsmi məlumatlarında cəbhənin Qubadlı-Zəngilan istiqamətlərindən bəhs olunmamışdı.
 

Google+ WhatsApp ok.ru