Döyüşlər  Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib

Döyüşlər Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib

Noyabrın 3-ü gün ərzində və 4-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 
Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib.