Eldəniz Quliyevin ‘İşartı’ kitabının təqdimatı keçiriləcək

Eldəniz Quliyevin ‘İşartı’ kitabının təqdimatı keçiriləcək

 Yazıçı və kinodramaturq, Azərbaycan Ziyalılar Hərəkatının rəhbəri Eldəniz Quliyev "İşartı" kitabını dərc etdirib. 
 
Maide.Az xəbər verir ki,  O,  bildirib ki, kitabda ona aid povestlər və hekayələr, həmçinin publisistik yazılar-məqalələr , müsahibə, esse toplanıb.
 
Kitab "Qanun" nəşriyyatında hazırlanıb, 1000 nüsxədə buraxılıb.
 
Müəllif kitabı onun qəhrəmanlarını düşüncə yolu ilə aparan "işığın fəallığı"nın təzahürü, öz missiyasının dərk edilməsi və yeni həyat təcrübəsi ilə zənginləşdirilməsi hesab edir.
 
"İnsan dünyanı özünün ondakı mövcudluğu ilə dərk edə bilər, o, kainatın kodunun, proqramının cəmləşdiyi mərkəzdir. Özünüdərk kainatın dərk edilməsidir". Bu, kitabda əsas fikir olaraq keçir. Müəllif oxucuları qəhrəmanları ilə fəlsəfi-mənəvi polemikaya çağırır. Kitab xeyirxahlığa, mənəvi təmizliyə və həssaslığa səsləyir.
 
Gələcək planları ilə bağlı sualın cavabında E.Quliyev deyib ki, "İşartı" onun sonuncu kitabıdır, belə ki, yenilərinə artıq güc qalmayıb.
 
 "Gələcəyi gələcək göstərəcək. Yəqin ki, sonuncudur, baxmayaarq ki, deyiləcək çox sey var. Sadəcə, artıq əvəlki güc yoxdur..." 
 
E.Quliyev Rus və Azərbaycan dilində nəşr edilən "Ziyalı-İntelligensiya" gəzetinin təsisçisidir. Hazırda Azərbaycan Ziyalı Hərəkatının sədridir. "Üçatılan", "Tilsimli dairə", "Təpəgöz" (Rolşa Respublikasında tamaşaya qoyulub), "Mürşüd kişi niyə susur?",
"İstək" və s. dram əsərləri Azərbaycan teatrlarında tamaşaya qoyulub. "Ağ yuxu" hekayələr toplusu (1985), "Kölgəsiz adam" hekayə və povestlər kitabı (1998), "Rasim Balayev" (1999) kitabı nəşr olunub.
 
Qeyd edək ki,  müəllifin  yazdığı  "İşartı"  kitabının təqdimat mərasimi mart ayının 25-də  saat 12-də Şuşa restoranı şüşəli zalda keçiriləcək. 
 

Google+ WhatsApp ok.ru