Eldar Əzizov Bakı şəhərinin yeni icra başçısı təyin edilib

Eldar Əzizov Bakı şəhərinin yeni icra başçısı təyin edilib

Bu gün, noyabrın 15-də Azərbaycan prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyəti başçısının təyin edilməsi haqqında sərəncam imzalayıb.
 
Sərəncama əsasən, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
 
Bu ilin aprelindən Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsi boş idi. Yeni hökumət formalaşarkən əvvəlki başçı Hacıbala Abutalıbov baş nazirin müavini vəzifəsinə gətirilmiş, amma onun yerinə heç kim təyin edilməmişdi. /report /
 

 

Google+ WhatsApp ok.ru