Çempionlar Liqası: Həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb 21 Fevral 2019 10:41 İdman UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb. Maide.Az “Report”a istinadla xəbər verir ki, ən yaxşı oyunçu adına belçikalı Ceyson Denayer (“Lion”, Fransa), ispaniyalı Tyaqo Alkantara (“Bavariya”, Almaniya), ingiltərəli Rahim Sterlinq (“Mançester Siti”, İngiltərə) və uruqvaylı Dieqo Qopdin (“Atletiko”, İspaniya) iddia edir. Ən yaxşı qola isə almaniyalı Leroy Sane (“Mançester Siti”, İngiltərə), cənubi koreyalı Son Xın Min (“Tottenhem”, İngiltərə), fransalı Kərim Benzema (“Real Madrid”, İspaniya) və italiyalı Nikolo Zanyolonun (“Roma”, İtaliya) dəqiq zərbələri namizəddir. Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək. Teqlər : #Çempionlar,#Liqası:,#Həftənin,#ən,#yaxşı,#oyunçusu,#və,#qoluna,#namizədlər,#açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib Azərbaycan atleti rekordunu yeniləməklə, Avropa çempionu titulunu qazanıb