Estoniya XİN Rusiya diplomatının ölkədən çıxarılacağını elan edib - YENİLƏNİB

Estoniya XİN Rusiya diplomatının ölkədən çıxarılacağını elan edib - YENİLƏNİB

22:55
 
Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın Sankt-Peterburq şəhərindəki konsulu Mart Lyattenin persona non qrata elan edilməsinə cavab olaraq bir rus diplomatının ölkədən çıxarılacağını açıqlayıb.
 
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Estoniya XİN-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aari Lemmik bildirib.
 
Lemmikin sözlərinə görə, beynəlxalq münasibətlər praktikasında adətən bir diplomatın qovulmasına simmetrik cavab verilir.
 
Bundan əvvəl isə Rusiya XİN-in sözçüsü Maria Zaxarova Mart Lyattenin 48 saat içində Rusiyanı tərk edəcəyini söyləyib.
 
***

17:47

Rusiya Estoniyanın Sankt-Peterburqdakı konsulunun fəaliyyəti ilə bağlı bu ölkənin səfirliyinə etirazını bildirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya tərəfi Estoniyanın Sankt-Peterburqdakı konsulu Mart Lyatteni “arzuolunmaz şəxs” elan edib. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Estoniya konsuluna Rusiyanı tərk etməsi üçün 48 saat vaxt verilib.

Lyatte iyulun 6-da hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

O, Rusiya vətəndaşından gizli materiallar almaqda ittiham olunub. Rusiyanın Federal Təhlükəsizlik Bürosu bu cür fəaliyyətin diplomatik işçi statusu ilə uyğun olmadığını və Rusiyaya qarşı açıq şəkildə düşmənçiliyi ifadə etdiyini qeyd edib.

Bildirilib ki, beynəlxalq hüquq normalarına uyğun olaraq diplomata qarşı tədbirlər görüləcək.

Google+ WhatsApp ok.ru