Çempionlar Liqasında ikinci yarımfinal oyunu, Avropa Liqasında isə ilk yarımfinal oyunu keçiriləcək

Çempionlar Liqasında ikinci yarımfinal oyunu, Avropa Liqasında isə ilk yarımfinal oyunu keçiriləcək

Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.
 
Fransa təmsilçisi “Monako” ilə İtaliyanın “Yuventus” klubunun ilk dueli Fransada baş tutacaq.
Bu kollektivlər daha öncə iki dəfə qitənin ən nüfuzlu klub turnirində üz-üzə gəliblər. Turin komandası 1997/98 mövsümündə yarımfinalda, 2014/15 mövsümündə isə 1/4 finalda knyazlıq klubunu mübarizədən kənarlaşdırıb.
 
“Yuventus” indiyə qədər ÇL-də 11, “Monako” isə 3 dəfə yarımfinal matçları oynayıb. İtaliyanlar 8 dəfə finala vəsiqə qazandıqları halda, fransızlar yalnız 1 dəfə buna müvəffəq olublar.
 
22:45. “Monako” (Fransa) – “Yuventus” (İtaliya)
Baş hakim: Antonio Mateu Laos (İspaniya)
Monako. II Lui stadionu
 
 
Bu gün futbol üzrə Avropa Liqasında isə yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək. Hollandiyada “Ayaks”la Fransanın “Lion” komandaları üz-üzə gələcək.
 
“Ayaks” yarımfinalçılar arasında turnirin qalibi olan yeganə komandadır. Amsterdam təmsilçisi 1991/1992 mövsümündə UEFA Kubokunu qazanıb. Üstəlik, “Lion” bu kollektivlər arasında baş tutan 4 avrokubok matçının heç birində qələbə qazanmadığı halda, hollandiyalılar fransalıları 2 dəfə üstələməyi bacarıb.
Avrokuboklarda ardıcıl 12 oyundur evdə uduzmayan “Ayaks” 6 qarşılaşmadan qalib ayrılıb. “Lion” isə son 6 səfər görüşündən 5-də qol vurmağa müvəffəq olub.
 
Avropa Liqası
Yarımfinal, ilk oyun
3 may
 
20:45. Ayaks (Hollandiya) – “Lion” (Fransa)
Baş hakim: Canluka Rokki (İtaliya)
“Amsterdan Arena”
 
Qeyd edək ki, digər yarımfinal görüşü mayın 4-də İspaniyada “Selta” ilə İngiltərə “Mançester Yunayted”i arasında olacaq. (report) /

Google+ WhatsApp ok.ru