Erməni tankı öz əsgərlərini vurdu

Ermənistanda tankdan erməni hərbçilərə atəş açılıb.
 
"Trend"in əldə etdiyi məlumatlara görə, bu gün Ermənistan silahlı qüvvələrinin Tavuş rayonunda yerləşən hərbi hissələrinin birində T-72 tankından açılan atəş ermənilər üçün faciə ilə nəticələnib.
 
Qəfil atəş nəticəsində bir erməni hərbçi ölüb, digəri isə yaralanaraq yerli tibbi müəssisələrin birinə yerləşdirilib.

Google+ WhatsApp ok.ru