Ermənilər Azərbaycanın sərhəd kəndlərini atəşə tutublar, bir nəfər yaralanıb, iki ev yanıb 03 Sentyabr 2015 01:00 Qarabağ xəbərləri Ermənilər Tovuzun sərhəd kəndlərini atəşə tutublar. APA-nın qərb bürosunun verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərini yandırıcı güllələrdən intensiv atəşə tutublar. Nəticədə Əlibəyli kəndində Tarıyel İsmayılov və Mayıl Ağacanova məxsus evlər yanıb. Əraziyə Tovuz rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb edilib. Erməni silahlı bölmələrinin acdığı atəş nəticəsində 1952-ci il təvəllüdlü Tofiq Kazımov isə qarın boşluğundan güllə yarası alıb. O, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən kənd sakinin vəziyyətinin orta ağır olduğu bildirilir. Azərbaycan Silahlı Qüvvələri düşməni cavab atəşi ilə susdurub. Teqlər : #Ermənilər Azərbaycanın sərhəd kəndlərini atəşə tutublar,#bir nəfər yaralanıb,#iki ev yanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Təmas xəttində monitorinq keçiriləcək Mövqelərimiz minaatanlardan və iriçaplı pulemyotlardan 136 dəfə atəşə məruz qalıb
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni