Ermənilərin artilleriya zərbələri nəticəsində 16 yaşlı qız həlak olub

Erməni silahlı qüvvələrinin yaşayış məntəqələrini artilleriya zərbələri ilə vurması nəticəsində daha bir dinc sakin həlak olub. 
 
Hadisə bu gün səhər saatlarında Tərtər rayonunun Həsənqaya kəndində qeydə alınıb.
 
Mərminin evə düşməsi nəticəsində 2000-ci təvəllüdlü Həsənova Turanə Kamandar qızı ölüb.
 
Məlumata görə, Kəlbəcər rayonundan məcburi köçkün olan Həsənovlar ailəsi Həsənqaya kəndində məskunlaşıb.
 
16 yaşlı qızın meyiti müayinə olunmaq üçün Tərtər morquna aparılıb.

Google+ WhatsApp ok.ru