Ermənistan hökuməti istefa verdi

Ermənistan hökuməti istefa verdi

Ermənistan hökuməti istefa verib.
 
Bununla bağlı Ermənistan prezidentinin rəsmi saytı məlumat verib.
 
Ermənistan Prezidenti Serj Sərkisyan Milli Məclisin 6-cı çağırışının ilk iclasında hökumətin istefasını qəbul edib.
 
Ermənistan konstitusiyasına əsasən, hökumət parlamentinin yeni çağırışının ilk iclasında istefaya gedir. Ölkə prezidenti növbəti 10 gün ərzində baş nazir təyin edir. Baş nazirin təyin olunmasından sonrakı 20 gündə hökumətin yeni tərkibi formalaşır.(teleqraf.com)
 

Google+ WhatsApp ok.ru