Ermənistan: Paytaxt Yerevanda kütləvi itaətsizlik aksiyaları başlanıb

Ermənistan: Paytaxt Yerevanda kütləvi itaətsizlik aksiyaları başlanıb

-- Yüzlərlə tələbələr etiraz aksiyalarına qatılıb

Bazar ertəsi səhər tezdən Yerevanın mərkəzi küçələrində avtomobil tıxaclarıdır. Serj Sarkisyanın baş nazir seçilərək hakimiyyətə qayıtmasına qarşı etiraz edənlər yolların ortasında oturub, ya əl-ələ verib nəqliyyatın hərəkətini dayandırır.
 
Yüzlərlə tələbələr etiraz aksiyalarına qatılıb. Onlar tələbə yoldaşlarını tətilə qoşulmağa çağırırlar. Tələbələr canlı hasar yaradaraq, küçələri bağlayır. Bəzi sərnişin və sürücülər narazılıq edir, bəziləri avtomaşından düşüb etirazçılara birləşirlər.
 
Təşkilatçılar sürücü və sərnişinlərdən üzr istəyərək, izah edirlər ki, dözümlü olsunlar.
 
"Müvəqqəti narahatlığa görə dözümlü olmağı xahiş edirik. Bu, daha böyük narahatlıqdan - Serj Sarkisyan mafiyasının hakimiyyətə qayıtmasından - xilas olmaq üçün atılan məcburi addımdır", - hərəkata rəhbərlik edən müxalif millət vəkili Nikol Paşinyan səsucaldanla elan edir və tərəfdarlarını narazılıq izhar edən digər sakinlərlə mübahisəyə girməməyə çağırır.
 
Bəzi yerlərdə polis güclə yolları açmağa uğursuz cəhdlər edir.
 
Etiraz aksiyalarını idarə edən millət vəkili Nikol Paşinyan bazar ertəsi paytaxt Yerevanda kütləvi itaətsizlik proqramını elan edib
Ermənistan paytaxtında bu səhərdən başlanan kütləvi vətəndaş itaətsizlik tədbirlərinin planını Serj Sarkisyanın baş nazir qismində hakimiyyətə qayıtmasına qarşı davam edən fasiləsiz etiraz aksiyasının lideri, millət vəkili Nikol Paşinyan dünən axşam mitinq zamanı elan edib.
 
Nəzərdə tutulan tədbirlər Ermənistan paytaxtında nəqliyyat hərəkətini tam iflic edə bilər.
 
Milli Məclisdə çoxluq təşkil edən hakim Ermənistan Respublikaçılar Partiyası (ERP) fraksiyası öz lideri, keçmiş prezident Serj Sarkisyanın namizədliyini irəli sürülmək üçün bazar ertəsi yığışmalıdır və aksiyanın başlıca məqsədi də bu iclasın işini iflasa uğratmaqdır.
 
Şənbə günü hakim partiyanın İdarə Heyəti aprelin 9-da ikinci prezidentlik müddəti başa çatan Serj Sarkisyanın namizədliyini baş nazir vəzifəsinə təqdim edib.
 
Gecə meydanda qalanlar üçün çadırlar qurulub
 
Yeni, 2015-ci il Konstitusiyasına əsasən, baş nazirin namizədliyini səs çoxluğu ilə Milli Məclis təsdiq etməlidir.
 
Hazırda hakim partiya öz koalisiya müttəfiqi Daşnaksutyun Erməni İnqilabi Federasiyası fraksiyası ilə parlamentdə kifayət qədər səsə malikdir.
 
Nikol Paşinyan Yerevanın mərkəzində mitinq zamanı Yerevan əhalisinə müraciət edərək, bazar ertəsi səhər saatlarında, ilk növbədə paytaxt rayonlarını şəhərin mərkəzilə birləşdirən körpüləri bağlamağa çağırdı.
 
O, əhalini öz şəxsi avtomobilləri ilə körpü üzərindən yol hərəkətini bağlayıb piyada Milli Məclis binası yerləşən Bağramyan prospektinə getməyə çağırdı.
 
"Sizin avtomaşınlarınız körpünün üstündə nasaz ola bilər. Siz onları orada qoyub, piyada parlament binasının ətrafına gedə bilərsiniz", - Paşinyan bəyan etdi və yol boyunca Yerevan sakinlərini aksiyaya qatılmağa səsləməyi təklif etdi.
 
 Opera teatrı ətrafından skamyaları yığıb Fransa meydanında kəsişən Bağramyan, Sayat Nova və Tumanyan prospektləri bağlanıb
Yerüstü nəqliyyatdan başqa, metronun da hərəkəti dayandırılmalıdır. Bunun üçün etirazçılar metro vaqonlarının açıq qapıları arasında yerə uzanarlar.
 
Paşinyan tələbələri də tətil elan edib Bağramyan prospektinə, parlament binası ətrafına toplaşmağa çağırdı.
 
Müxalif millət vəkili hətta özü və ya etiraz aksiyalarını təşkil edən fəalların bu gecə həbs olunması təqdirdə, kütləvi itaətsizlik planının qüvvədə qaldığını dedi.
 
"Mən millət vəkiliyəm. Həbs etmək üçün məni parlamentə aparmalıdılar və parlament mənim deputat toxunulmazlığımı ləğv etmək qərarı qəbul etməlidir. Mən parlament tribunasından çıxış edib, gələcək hərəkətlər planımızı deyərəm", - Paşinyan deyib.
 
 Etiraz iştirakçıları üçüncü gündür ki, Yerevanın mərkəzində bir neçə küçə və prospektində nəqliyyatın hərəkətini bağlayıb və gecə-gündüz fasiləsiz aksiyalar keçirir
Etiraz iştirakçıları üçüncü gündür ki, Yerevanın mərkəzində bir neçə küçə və prospektində nəqliyyatın hərəkətini bağlayıb və gecə-gündüz fasiləsiz aksiyalar keçirir.
 
Yüzlərlə insan mitinqdən sonra gecəni burada keçirir. Onlar üçün burada bir neçə xarici diaspor ermənilərinin ianələri hesabına pulsuz bufet təşkil edilib.
 
Hələlik hüquq-mühafizəçi orqanları nəinki müdaxilə etmir, hətta yaxınlıqda bir nəfər də olsa polis əməkdaşı görünmür. (bbc)
 
 
 
 
 

Google+ WhatsApp ok.ru