Erməni təxribatı nəticəsində  indiyədək 42 mülki şəxs həyatını itirib, 206 nəfər yaralanıb

Erməni təxribatı nəticəsində indiyədək 42 mülki şəxs həyatını itirib, 206 nəfər yaralanıb

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.
 
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 42 mülki şəxs həyatını itirib, 206 nəfər yaralanıb.
 
Bundan başqa, 241 mülki obyekt və 1479 yaşayış evi, 66 çoxmərtəbili yaşayış binası yarasız hala düşüb.
 

Google+ WhatsApp ok.ru