Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozdu 26 Oktyabr 2020 08:02 Qarabağ xəbərləri Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozdu Müdafiə Nazirliyindən verilən məlumata görə, Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub. Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub. Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hər iki ölkənin oktyabrın 26-sı yerli vaxtla 08.00-dən (07.00 MSK) Dağlıq Qarabağda qüvvəyə minəcək atəşkəs rejiminə riayət etmək öhdəliklərini təsdiqləyiblər. Bu barədə oktyabrın 25-də ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. İrəvan və Bakı "oktyabrın 10-da Moskvada əldə edilmiş humanitar barışığa əməl olunmasına sadiq olduqlarını təsdiqləyiblər." Oktyabrın 24-də Ermənistan və Azərbaycan xarici işlər nazirləri ABŞ dövlət katibinin müavini Stiven Biqanla görüşüb və öz ölkələrinin atəşkəs razılaşmasına əməl etməyə hazır olduqlarını təsdiqləyiblər. Bu barədə DW məlumat verir. Teqlər : #Ermənistan,#yeni,#atəşkəs,#rejimini,#kobud,#surətdə,#pozdu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qubadlı şəhəri işğalçılardan azad edilib Minsk qrupu bəyanat yaydı: Cenevrədə görüş olacaq
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni