Erməni əsirliyində olan Aminin yeni fotosu yayıldı 27 Noyabr 2020 17:43 Qarabağ xəbərləri Rusiyanın “İnfoteka24. ru” saytı erməni əsirliyində olan azərbaycanlı Amin Musayevin yeni fotosunu yayıb. “Qafqazinfo”nun xəbərinə görə, məlumatda bildirilib ki, Amin sağdır və müalicə olunur. Xatırladaq ki, hərbçilərimiz Amin Musayev və Bayram Kərimov 44 günlük Vətən Müharibəsi zamanı yaralanaraq, ermənilərə əsir düşüblər. Onların Ermənistan ərazisində saxlanıldığına dair məlumat olsa da, erməni tərəfi təkzib edirdi. Düşmən tərəfindən əsir alınan Amin Musayev və Bayram Kərimovla bağlı ilk videonu ukraynalı jurnalist Aleksandr Xarçenko çəkərək, Youtube-dakı ANNA News kanalında paylaşmışdı. Amin Musayev və Bayram Kərimovla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT-yə müraciət ünvanlanıb. Teqlər : #Erməni,#əsirliyində,#olan,#Aminin,#yeni,#fotosu,#yayıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan Fransaya nota verib, səfir XİN-ə çağırılıb Azərbaycan İran nüvə aliminə qarşı terroru pisləyib
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni