Ermənilər Naxçıvan istiqamətində atəşkəsi pozdu - Hərbçimiz yaralandı 14 İyul 2021 13:36 Hərb İyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Maide.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyyə olunub. Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Teqlər : #Ermənilər,#Naxçıvan,#istiqamətində,#atəşkəsi,#pozdu,#Hərbçimiz,#yaralandı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qarabağ qazisi həyatla mücadilə aparır Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sayı AÇIQLANDI
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'