Çexiya Prezidenti səlahiyyətlərindən məhrum edilə bilər

Çexiya Prezidenti səlahiyyətlərindən məhrum edilə bilər

Xəstəxanaya yerləşdirilən Çex Respublikasının Prezidenti Miloş Zemanın sağlıq durumu açıqlanıb.
 
Maide.Az“RİA Novosti”yə istinadən xəbər verir ki, onun dövlət başçısı kimi vəzifələrini icra edə bilməyəcəyi bildirilib.
 
Vurğulanıb ki, M.Zemanın sağlamlıq vəziyyətinə görə prezident səlahiyyətlərindən məhrum edilməsi və həmin səlahiyyətlərin ölkə parlamentinin spikerinə verilməsi istiqamətində prosedur başlayıb.
 
Çexiya Konstitusiyasının 66-cı maddəsinə uyğun olaraq, M.Zemanın prezident səlahiyyətlərindən məhrum edilməsi ilə bağlı son qərar parlamentin yuxarı və aşağı palatalarının iclaslarında səs çoxluğu ilə qəbul oluna bilər.
 
Polşa Senatının növbəti iclası oktyabrın 26-da keçiriləcək.
 

Google+ WhatsApp ok.ru