Şeyx Sərdarın işi Avropa Məhkəməsində - FOTO

Şeyx Sərdarın işi Avropa Məhkəməsində - FOTO

Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin həbsi  və həbsinin uzadılmasının İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Konvensiyasına uyğun olmamasına dair iş Avropa Məhkəməsində icraata götürülüb. 
 
Bu barədə Maide.Az-a  Şeyx Sərdarın vəkili Cavad Cavadov bildirib. “Mayın 2-də tərəfimdən Avropa İnsan Hüquqları Məhkəməsinə Şeyx Sərdarın ilikn həbsi, həbsinin uzadılması ilə bağlı şikayət göndərilmişdir. Şikayətdə 168-1.1 maddəsinin Konvensiyanın 9, 14-cü maddələrinə uyğun olmaması əsaslandırılıb. Ümumən şikayətdə Konvenisanın 5, 6, 9, 10, 11, 14, 18-ci maddələrinin pozulmasını əsaslandırmışıq. Həmçinin işin əhəmiyyətinin nəzərə alıb prioritet qaydada baxılmasını istəmişik. Şikayət qeydə alınıb və iş nömrəsi verilib. Prioritet ərizəsinə baxılma adətən bir müddət çəkir, lakin işə növbədənkənar baxılacağına ümidlərim böyükdür.”-vəkil C.Cavadov qeyd edib. 
 
 
Xatırladaq ki, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu və siyasi məhbus ruhani Sərdar Hacıhəsənli Masallı rayonunda cümə namazı qıldığı üçün rayonun icra başçısı tərəfindən polisə şikayət edilib. Şikayət əsasında ona cinayət işi açılıb və barəsində 37 gün müddətində həbs qəti-imkan tədbiri seçilib. Fevralın 22-də saxlanılan Şeyx Sərdarın həbs müddətinin başa çatmasına az müddət qalmış martın 27-də Masallı Rayon Məhkəməsi onun həbs müddətini aprel ayının 30-dək uzatmış və daha sonra bu müddət daha 20 gün artırılmışdır. Sonuncu dəfə Şeyx Sərdarın məhkəməsi may ayının 25-də Masallı Rayon Məhkəməsində  keçirilmişdir.  Növbəti məhkəmə  iyun ayının 7-də saat 14:00-da  Masallı Rayon Məhkəməsində keçiriləcək. 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru