Şeyx Sərdarın məhkəməsi önünə gələnlərə maneə yaradılır -FOTO/VİDEO

Şeyx Sərdarın məhkəməsi önünə gələnlərə maneə yaradılır -FOTO/VİDEO

Bu gün Şirvan şəhər apelyasiya məhkəməsində,namaz məhbusu, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənlinin şikayəti əsasında saat 9:30-da məhkəmə prosesinin keçirilməsi nəzərdə tutulub.

Maide.Az-ın məlumatına görə, Şirvan şəhərində Apelyasiya Məhkəmə binasının qarşısında YPX və PPX əməkdaşları var. Məhkəməyə gedən yolları bağlayan polis əməkdaşları məhkəmədə iştirak etmək istəyənləri ərazidən uzaqlaşdırıb. 

Qeyd edək ki, bundan əvvəl də Şirvan şəhərində keçirilən apelyasiya məhkəməsi zamanı analoji hal yaşanmışdı.

Xatırladaq ki, Şeyx Sərdar Hacıhəsənli Masallı rayonunun məscidində namaz qıldığına və dini söhbətlər etdiyinə görə rayonun icra başçısı onun barəsində polisə şikayət edib. Şikayət əsasında ruhaniyə cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

İyul ayının 3-də Masallı Rayon Məhkəməsində Anar Almuradlının sədrliyi ilə keçirilən prosesdə Şeyx Sərdara hökm oxunub. Məhkəmənin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib.

Google+ WhatsApp ok.ru