Şeyx Sərdarın işindən kassasiya şikayəti verilib

Şeyx Sərdarın işindən kassasiya şikayəti verilib

-- Məhkəmənin tarixi hələ ki, bilinmir

Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) üç il müddətinə azadlıqdan məhrum etməyə dair hökmünün dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilib. 
 
Bu barədə Maide.Az –a vəkil Cavad Cavadov məlumat verib.
 
C.Cavadovun açıqlamasını təqdim edirik: “Namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) Masallı rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə ( yəni sadəcə imam cümə olduğuna və xütbə söylədiyinə görə)  üç il müddətinə azadlıqdan məhrum etməyə dair hökmünün dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarından tərəfimizdən kassasiya şikayəti verilmişdir. 
Ali Məhkəmədə iş hakim Gülzar Rzayevanın icraatına verilib.  Məhkəmənin tarixi hələ ki, bilinmir.  Hacı Sərdar Babayevlə müzakirə edərkən o işin baxılması zamanı Ali Məhkəmənin iclasında iştirak etmək arzusunda olduğunu bildirmiş və bununla bağlı müvafiq müraciət göndərəcəkdir. Ümid edək ki, Ali Məhkəmə həmin qanunsuz qərarları ləğv edib Şeyx Sərdarı azadlığa buraxacaq.”
 

Google+ WhatsApp ok.ru