Şeyx Sərdarın kassasiya şikayəti üzrə məhkəməsi keçiriləcək - SABAH

Şeyx Sərdarın kassasiya şikayəti üzrə məhkəməsi keçiriləcək - SABAH

-- Məhkəmə saat 11:00-da baş tutacaq

Fevral ayının 13 -də saat 11:00-da  Ali Məhkəmədə  hakim Gülzar Rzayevanın sədrliyi ilə  Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbsindən verilən kassasiya şikayətinə baxılacaq. 
 
Maide.Az xəbər verir ki,prosesdə Şeyx Sərdar Hacıhsənlinin iştirakı gözlənilir. 
 
Qeyd edək ki,  bundan öncə yanvarın 30-a  təyin olunan məhkəmənin təxirə düşməsinə səbəb də Şeyx Sərdarın prosesdə  iştirakı ilə bağlı müraciəti olmuşdu. 
 
Qeyd edək ki, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) Masallı rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə ( yəni sadəcə imam cümə olduğuna və xütbə söylədiyinə görə)  üç il müddətinə azadlıqdan məhrum etməyə dair hökmünün dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilib.

 

Google+ WhatsApp ok.ru