Şeyx Sərdar Hacıhəsənlinin növbəti işi Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib - FOTO

Şeyx Sərdar Hacıhəsənlinin növbəti işi Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib - FOTO

Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin növbəti işi Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib.
 
Bu barədə Maide.Az-a Şeyx Sərdarın vəkili Cavad Cavadov məlumat verib.
 
Vəkil C.Cavadov bildirib: "Bu İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsi ilə bağlı şikayətdir, yəni biz ədalətli məhkəmə araşdırılması hüquqununun pozulmasından şikayət göndərmişik. Bununla əlaqədar şikayət qəbul edilib və müvafiq iş açılmışdır. Məktubun surəti əlavə olunur."
 
C.Cavadov qeyd edib ki, eyni zamanda ölkə daxilində yaxın zamanlarda Hacı Sərdarın işi ilə bağlı bəzi hüquqi addımlar tərəfimizdən atılacaqdır.
 
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənlinin 22 fevral 2017-ci il tarixdə ilkin həbsi, həbslərin uzadılması ilə bağlı şikayətlər də Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. 
 
Xatırladaq ki, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənli (Sərdar Babayev) Masallı rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə ( yəni sadəcə imam cümə olduğuna və xütbə söylədiyinə görə) üç il müddətinə azadlıqdan məhrum edilib.
 

Google+ WhatsApp ok.ru