Şeyx Sərdar azadlıqdadır - FOTO 22 Fevral 2020 07:27 Namaz məhbusu Fevralın 22-də Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbs müddəti başa çatıb. Maide.Az xəbər verir ki, gecə saatlarında ruhani həbsdən azad olunub. Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli Masallı rayon məscidində cümə namazı qıldığına görə rayonun icra başçısı onun barədə polisə şikayət edib. O, 2017-ci ilin fevral ayının 22-də saxlanılıb. Şikayət əsasında ona cinayət işi açılıb və 2017-ci ilin iyul ayının 3-də Masallı Rayon Məhkəməsində Şeyx Sərdara hökm oxunub. Məhkəmənin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib. Teqlər : #Şeyx,#Sərdar,#azadlıqdadır,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fevralın 22-də Şeyx Sərdar Hacıhəsənlinin həbs müddəti başa çatır Şeyx Sərdar Hacıhəsənli ilə görüşmək istəyənlərin NƏZƏRİNƏ