Şeyx Sərdar Masallıda- FOTO - YENİLƏNİB

Şeyx Sərdar Masallıda- FOTO - YENİLƏNİB

Fevralın 22-də Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbs müddəti başa çatıb. 
 
Maide.Az xəbər verir ki, Bu gün Şeyx Sərdar doğulduğu Masallı rayonuna gəlib. Masallı rayon ictimaiyyəti, eyni zamanda ətraf rayonlardan olan ruhanilər, möminlər Şeyx Sərdarın ziyarət edirlər. 
 
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli bir neçə gün Masallı rayonunda olacaq. Onunla görüşmək istəyənlər evində ziyarət edə bilərlər. 
 
Xatırladaq ki, Şeyx Sərdar Hacıhəsənli Masallı rayon məscidində cümə namazı qıldığına görə rayonun icra başçısı onun barədə polisə şikayət edib. O, 2017-ci ilin fevral ayının 22-də saxlanılıb. 
 
Şikayət əsasında ona cinayət işi açılıb və 2017-ci ilin iyul ayının 3-də Masallı Rayon Məhkəməsində Şeyx Sərdara hökm oxunub. 
 
Məhkəmənin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib.
 
Maide.Az
 
 
 
 
 

Google+ WhatsApp ok.ru